1. Brauzerin ünvan sətirinə modemin ünvanını (192.168.1.1), açılan pəncərədə isə login və şifrəni daxil edirik (tipik sazlamalar: login “admin”, şifrə “admin”).
Xəbərdarlıq şöbəsində “qoşulma məhduddur və ya yoxdur” işarəsi yanırsa və qoşulma alınmırsa, şəbəkə parametrlərini sazlamaq tələb olunur. “Lokal şəbəkə vasitəsilə qoşulma”nın xüsusiyyətlərində «İnternetin TCP/IP protokolu» bölümünü seçib nöqtəni «Aşağıdakı IP-ünvanı istifadə etməli» üzərinə yerləşdirməlisiz. Daha sonra aşağıdakıları əlavə etməniz tələb edilir:
IP-ünvan: 192.168.1.2
Şəbəkənin maskası: 255.255.255.0
Əsas şlüz: 192.168.1.1
Provayderin DNS -serveri: 91.191.193.6
2. Soldakı menüdən “WAN” bəndini seçirik. Üzə gələn “PVC” siyahısında "Pvc 0" seçilməyibsə, onu seçirik.
3. Aşağıdakı boşluqları doldururuq:
Modemi rouer (PPPoE) rejimində sazlayırsızsa, aşağıdakı boşluqları doldurun:
VPI – 0
VCI – 33
Virtual Circuit – Enabled
WAN Setting – PPPoE/PPPoA
User Name – qeydiyyat vərəqəsindəki login
Password – qeydiyyat vərəqəsindəki password
Connection Type – PPPoE LLC
MTU, MRU – не трогаем
Default Route, NAT, Firewall – Enabled
Yaşıl rəngdə “Apply” düyməsini basırıq.
Modemi körpü (bridge) rejimində sazlayırsızsa, aşağıdakı boşluqları doldurun:
VPI – 0
VCI – 33
Virtual Circuit – Enabled
WAN Setting – Bridge Mode
Connection Type – 1483 Bridged IP LLC
Yaşıl rəngdə “Apply” düyməsini basırıq.
4. “Windows”u sazlayırıq
Modem “router” rejiminə sazlanıbsa, Siz həmişə “online” olacaqsınız.
Modem körpü rejimində sazlanıbsa:
Şəbəkə qoşulmalarının pəncərəsini açırıq: Start-> Control Panel-> Network Conections
Soldakı menüdən “Create a new connection”u seçirik.
«Next-> Connect to Internet-> Set up my connection manually-> yüksəksürətli qoşulma hesabına istifadəçi adı və şifrə tələb edəcək. Qoşulma üçün hər hansl ad seçirik (misal üçün, "Connect"), «Next»I seçirik.
Boşluqları doldururq: “istifadəçi adı” boşluğuna qeydiyyat vərəəsindəki logini, “şifrə” və “təsdiqləmə” boşuğuna isə şifrəni daxil edirik.
“Next”i seçib, istəyinizə görə, qoşulma üçün qısa yolu (shortcut) desktopunuza çıxara bilərsiniz.
İndi bu qoşulmadan da adi “dial-up” kimi istifadə edə bilərsiniz.
5. Bütün sazlamaları yaddaşa verib modemi yenidən işə salmaq lazımdır. Yuxarıdakı üfüqi sətirdə «Tools»a daxil olun. Soldakı sütunda «System»i, daha sonra «Save Settings» və «Restart»ı (Reboot) seçin. 2 dəqiqə ərzində modem yenidən işə düşəcək və Siz, internetə daxil ola biləcəksiniz.
Aylıq abunə haqqı
Kanal paketini seçin | TV xidməti sayı |
---|
Standart 113 TV Kanal | |
Premium 130 TV Kanal | |
Standart + 4K 124 TV Kanal | |
Premium + 4K 141 TV Kanal |
İnternet sürətini seçin | Sürət (Mbit/s) |
---|
İnternet ADSL |
İnternet Fiber Optik |
Aylıq ödənəcək məbləğ | 0 AZN |
Güzəştli məbləğ | 0 AZN |