Dil seçimi:

Kabinet:

Qoşulma zamanı üzə çıxan tipik səhvlər

Səhv № 633: Modem və ya digər rabitə vasitəsi artıq istifadə edilir və ya sazlanmayıb.
Səbəbi: 734 №-li səhvdə də olduğu kimi lokal şəbəkəyə qoşulma dayandırılıb və sazlama dəyişdirilib
Düzəliş: Lokal şəbəkəyə qoşulmanı və sazlanmanı 734 №-li səhvdə olduğu kimi bərpa etməli.

Səhv № 691: Cari istifadəçi adı və şifrə bu domendə qadağan edildiyindən giriş qadağandır.
Səbəbi: Şifrə yalnış daxil edilib.
Düzəliş: Şifrəni, registr və daxiletmə dilini nəzərə alıb, düzgün yığmalı.

Səhv № 692:
Səbəbi: Şəbəkə xəttinin ştekeri şəbəkə kartından ayrılıb
Düzəliş: Şəbəkə kabelinin ştekerini şəbəkə kartındakı yuvaya taxmalı

Səhv № 718: Qoşulma ayrılıb, belə ki, o biri başdakı kompüter cavab vermədi. “Əlavə” düyməsini basın və ya Müştəri Xidmətlərinə kömək üçün müraciət edin (səhvin nömrəsini qeyd etməklə).
Səbəbi: İstifadəçi adı səhv daxil edilib (rus simvollarının istifadəsi, boşluq buraxılması).
Düzəliş: İngilis dilinə keçərək stifadəçi adının düzgün daxil edilməsi.

Səhv № 769: Qeyd edilən təyinata qoşulma mümkün deyil.
Səbəbi: "Lokal şəbəkə vasitəsilə qoşulma" birləşməsi quraşdırılmayıb
Düzəliş: Sözü gedən birləşmənin qoşulması.

Səhv № 678: o biri başdakı kompüter cavab vermir. “Əlavə” düyməsini basın və ya Müştəri Xidmətlərinə kömək üçün müraciət edin (səhvin nömrəsini qeyd etməklə).
Səbəbi (1) : Xəttlə bağlı problem var.
Düzəliş: Qoşulmanı və şəbəkə xəttinin sazlığını yoxlamalı (drayverləri yenidən qoşulması, statusun dəyişdirilməsi). Müştəri Xidmətlərinə kömək üçün zəng.
Səbəbi (2): İki şəbəkə kartı varsa, deməli, şəbəkəyə qoşulmaya cavabdeh kart söndürülüb.
Düzəliş: Bütün şəbəkə kartlarını qoşmalı və istifadə edilməyənləri söndürməli.

Səhv № 720: O biri başdakı kompüterə qoşulmaq olmur. Ola bilər ki, qoşulmanın şəbəkə xüsusiyytlərini dəyişdirmək gərək olsun. “Əlavə” düyməsini basın və ya Müştəri Xidmətlərinə kömək üçün müraciət edin (səhvin nömrəsini qeyd etməklə).
Səbəbi: Şəbəkəyə qoşulmaq üçün istifadə edilən "РАСТР" qoşulmasında TCP/IP protokolu söndürülüb.
Düzəliş: "РАСТР" qoşulmasında TCP/IP protokolunu işə salmalı.

Səhv № 734: PPP-rabitənin idarə protokulu qırılıb.
Səbəbi (1): РАСТР qoşulmasının xüsusiyyətlərindəki «Təhlükəsizlik» bölümünün parametrləri dəyişdirilib.
Düzəliş: РАСТР qoşulmasının xüsusiyyələrində «Təhlükəsizlik» bölümündəki “Təhlükəsizliyin parametrləri”ni (“Adi” variantı) dəqiqləşdirməli və təhlükəsiz olmayan şifrədən istifadə etməli. Başqa heç bir yuvanı qeyd etməyin.
Səbəbi (2): Viruslar.
Düzəliş: Kompüterinizi viruslardan müalicə edin. “Windows”u yenidən quraşdırın.

Səhv № 735: Server IP-ünvanı qəbul etmir.
Səbəbi: Müştəri IP-ünvanı qeyri-avtomat rejimində sazlayıb və o billingdəki ünvanla üst-üstə düşmür.
Düzəliş: IP-ünvanı avtomatik almalı.

Səhv № 764: Smart-kartın oxuyucuları quraşdırılmayıb
Səbəbi: РАСТР qoşulmasının xüsusiyyələrindəki «Təhlükəsizlik» bölümünü parametrləri dəyişdirilib.
Düzəliş: РАСТР qoşulmasının xüsusiyyələrində «Təhlükəsizlik» bölümündəki “Təhlükəsizliyin parametrləri”ni (“Adi” variantı) dəqiqləşdirməli və təhlükəsiz olmayan şifrədən istifadə etməli. Başqa heç bir yuvanı qeyd etməyin.

Səhv № 797: Modem tapılmadığı və ya məşğul olduğu üçün qoşulma mümkün olmayıb. “Əlavə” düyməsini basın və ya Müştəri Xidmətlərinə kömək üçün müraciət edin (səhvin nömrəsini qeyd etməklə).
Səbəbi: Qoşulma RASPPPoE vasitəsilə uzaqdan idarəetmə kimi sazlanıb və söndürülmüş şəbəkə kartına qoşulub.
Düzəliş: Qoşulmanı təzə şəbəkə kartına yenidən sazlamalı və ya qoşulmanın bağlı olduğu şəbəkə kartını işə salmalı.

Səhv № 815: Kompüterin yüksəksürətli qoşulmasını təmin etmək alınmır. Belə ki, server cavab vermir.
Səbəbi: 678№-li səhvə bax.
PPPoE qoşulmanın səhvləri

Səhv №: 691 «Cari istifadəçi adı və şifrə bu domendə qadağan edildiyindən giriş qadağandır».

Səhv №: 678 «O biri başdakı kompüter cavab vermir»

Səhv №: 769 «Qeyd edilən təyinat əlçatılmazdır»

Səhv №: 734 «PPP-rabitəni idarə protokolu kəsilib»

Səhv №: 680 və 676 «Xətt məşğuldur»

Səhv №: 815 Bu səhv yalnız “Windows Vista”da olur. “Windows XP”dəki 678 və 769 səhvləri ilə eynidir (sinonimdir).

Səhv №: 691: Cari istifadəçi adı və şifrə bu domendə qadağan edildiyindən giriş qadağandır.
Bu səhv, əksər hallarda, istifadəçi adı və şifrəni səhv yığan istifadəçilərdə üzə çıxır. Ya da eyni loginlə başqa kompüterdən qoşulma ediləndə.
Problemin həlli: İstifadəçi adı və şifrəni daha diqqətli daxil etmək. Login böyük ingilis hərflərilə və/və ya rəqəmlərlə daxil edilir. Daxiletmədən öncə klaviaturanın məhz ingilis dilinə çevirdiyinizə əmin olun. Yadınıza salın, bəlkə şifrənizi dostlardan və ya tanışlardan kiməsə demisiz? Problem aradan qalxmırsa, Texniki Dəstək Xidmətinə zəng vurun.

Səhv №: 678 (O biri başdakı kompüter cavab vermir).
Bu tip səhv sizin kompüterlə server arasındakı əlaqə olmadıqda ortaya çıxır. Çox güman ki, bunun səbəbi bizim aktiv avadanlığın sazlığı, sizin şəbəkə kartının söndürüldüyü ilə, qoşulmanın antivirus proqramı ilə bloklaşdırılması və ya fayrvolla bağlı ola bilər.

Problemin həlli:
Ola bilər ki, lokal şəbəkə kabeli qoşulmayıb və ya kabelin qoşulma yerlərində nasazlıq var.
Ola bilər ki, kompüterinizin şəbəkə adapteri düzgün işləmir. Nasazlığı aradan götürmək üçün şəbəkə adapteri drayverinin yenidən quraşdırılması və ya adapterin dəyişdirilməsi tələb edilə bilər.
Ola bilər ki, kabel qırılıb və ya server söndürülüb.
Ola bilər ki, şəbəkə adapteri qurğuların dispetçerində söndürülüb. Şəbəkə adapterini işə salın və qoşulma cəhdini təkrarlayın.
Ola bilər ki, qoşulmanın xüsusiyyətlərində “Xidmətin adı” düzgün göstərilməyib. Kompüterinizin əməliyyat sisteminə uyğun sazlama üzrə təlimata qayıdın.
Ola bilər ki, PPPoE konsentratorun ünvanı dəyişib. Bu, Windows 98/Me/2000 üçün aktualdır. Kompüterinizin əməliyyat sisteminə uyğun sazlama təlimatından istifadə edib yeni birləşmə yaradın.
Lokal şəbəkə üzrə qoşulmanı yoxlamalı (Start-> Control Panel-> Network Conections-> “Lokal şəbəkəylə bağlanma”ya “mouse”un sağ düyməsi ilə basın- > «İşə sal»ı seç). Antivirus proqramını və fayrvolu söndür. Problem olduğu kimi qalırsa, Texniki Dəstək Xidmətinə zəng vurun.

Səhv №: 769: Qeyd edilən təyinat əlçatılmazdır.
Səhvin yaranma səbəbi kompüterinizdəki şəbəkə kartı söndürülüb.
Problemin həlli: Qurğuların dispetçerində şəbəkə adapterini işə salmaq lazımdır. Start-> Control Panel-> Sistem-> Avadanlıq-> Qurğuların dispetçeri-> Şəbəkə plataları. “Mouse”un sağ düyməsilə “İşə sal”ı seçib, qoşulmaq üçün daha bir cəhd edin. Problem həllini tapmırsa, Texniki Dəstək Xidmətinə zəng vurun.

Səhv №: 734: PPP-rabitəni idarə protokolu kəsilib
Sözü gedən səhv qoşulmanın həyata keçirildiyi server təhlükəsizlik protokolları lokal təhlükəsizlik parametrlərilə uyğun gəlmədiyi halda üzə çıxır.
Problemin həlli: «Şəbəkə qoşulmaları» qovluğunda «istifadə edilən qoşulma»nı yükləyin. «Xüsusiyyətlər» keçidini seçib «Təhlükəsizlik» əlavəsini açın. “Yoxlama zamanı istifadə olunan”lar üçün “qeyri-təhlükəsiz şifrəni” seçin. Problem həllini tapmırsa, Texniki Dəstək Xidmətinə zəng vurun.

Səhv №: 680 и 676: Xətt məşğuldur
Sözü gedən səhv kompüterinizin şəbəkə kartı düzgün işləməyəndə və ya bizim aktiv avadanlığın saz olmadığı halda üzə çıxır.
Problemin həlli: Qurğulat dispetçerində şəbəkə adapterini söndürüb yenidən işə salmaq tələb olunur. Start-> Control Panel-> Sistem-> Avadanlıq-> Qurğular dispetçeri-> Şəbəkə plataları. “Mouse”un sağ düyməsilə “Söndür”ü, daha snra “İşə sal”ı seçib, qoşulmaq üçün daha bir cəhd edin. Problem həllini tapmırsa, kompüterinizi söndürüb-işə salın. Bu da kömək etmirsə, Texniki Dəstək Xidmətinə zəng vurun.

Kalkulyator

Aylıq abunə haqqı

Kanal paketini seçin TV xidməti sayı
100 TV Kanal
115 TV Kanal
İnternet sürətini seçin Sürət (Mbit/s)
İnternet ADSL
1/1 Mbit/san - 11 AZN
2/1 Mbit/san - 12 AZN
4/1 Mbit/san - 15 AZN
6/1 Mbit/san - 20 AZN
8/1 Mbit/san - 30 AZN
10/1 Mbit/san - 40 AZN
12/1 Mbit/san - 45 AZN
16/1 Mbit/san - 55 AZN
20/1 Mbit/san - 70 AZN
24/1 Mbit/san - 90 AZN
İnternet Fiber Optik
FO-EV-2 2/2 Mbit/san - 12 AZN
FO-EV-5 5/5 Mbit/san - 15 AZN
FO-EV-8 8/8 Mbit/san - 18 AZN
FO-EV-10 10/10 Mbit/san - 20 AZN
FO-EV-12 12/12 Mbit/san - 25 AZN
FO-EV-16 16/16 Mbit/san - 35 AZN
FO-EV-18 18/18 Mbit/san - 40 AZN
FO-EV-20 20/20 Mbit/san - 50 AZN
FO-EV-30 30/30 Mbit/san - 60 AZN
FO-EV-40 40/40 Mbit/san - 80 AZN
FO-EV-50 50/50 Mbit/san - 100 AZN
FO-EV-60 60/60 Mbit/san - 130 AZN
FO-EV-80 80/80 Mbit/san - 160 AZN
FO-EV-100 100/100 Mbit/san - 180 AZN
FO-Biznes-2 2/2 Mbit/san - 12 AZN
FO-Biznes-6 6/6 Mbit/san - 16 AZN
FO-Biznes-8 8/8 Mbit/san - 18 AZN
FO-Biznes-10 10/10 Mbit/san - 20 AZN
FO-Biznes-12 12/12 Mbit/san - 25 AZN
FO-Biznes-16 16/16 Mbit/san - 39 AZN
FO-Biznes-18 18/18 Mbit/san - 45 AZN
FO-Biznes-20 20/20 Mbit/san - 50 AZN
FO-Biznes-30 30/30 Mbit/san - 85 AZN
FO-Biznes-40 40/40 Mbit/san - 100 AZN
FO-Biznes-45 45/45 Mbit/san - 120 AZN
FO-Biznes-50 50/50 Mbit/san - 150 AZN
FO-Biznes-60 60/60 Mbit/san - 170 AZN
FO-Biznes-80 80/80 Mbit/san - 220 AZN
FO-Biznes-100 100/100 Mbit/san - 300 AZN
Aylıq ödənəcək məbləğ 0 AZN
Güzəştli məbləğ 0 AZN