Zəng
sifarişi

 

KEYFİYYƏT SİYASƏTİ

 

"Konnekt" QSC-nin rəhbərliyi Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqi, bu sistem üzrə məqsədlərin əhəmiyyəti və onlara nail olmağın vacibliyini vurğulamaq üçün keyfiyyət siyasətini təsdiq edir və dəstəkləyir.


"Konnekt" QSC Azərbaycan Respublikasının Qanunvericiliyinin və ISO 9001-2015 Beynəlxalq Standartın tələblərinə əsasən keyfiyyəti idarəetmə sisteminin qurulmasını təmin edir.


"Konnekt" QSC keyfiyyəti idarəetmə sisteminə uyğun aşağıdakı öhdəlikləri öz üzərinə götürür:                                                            

  • Keyfiyyət üzrə siyasətin, məqsədlərin və keyfiyyəti idarəetmə sisteminin Cəmiyyətin prinsiplərinə və strateji istiqamətlərinə uyğun olmasını;
  • Abunəçilərə yüksək keyfiyyətli xidmət və məhsulun təqdim edilməsini;
  • Keyfiyyəti idarəetmə sistemi üçün lazım olan resursların mövcudluğunun təmin edilməsini;
  • Qanun çərçivəsində abunəçilərin tələb və gözləntilərinə riayət etməklə xidmətin vaxtında göstərilməsi;
  • İşçilərin inkişafa yönəldilməsini, lazımi qaydada təlimləndirilməsi və təkmilləşdirilməsini;
  • Məhsul və xidmətlərin uyğunluğunu, o cümlədən abunəçilərin məmnuniyyətinin artırılmasına təsir edə biləcək risk və imkanların müəyyən edilməsini və qiymətləndirilməsini.


Effektiv idarəçilik və dəstək ilə hər bir işçiyə Keyfiyyət Siyasətinin əhəmiyyəti, onun effektivliyinə töhfə vermək məsuliyyəti və Cəmiyyətin uğuru ilə birbaşa əlaqəsi düzgün izah edilir.


“Konnekt” QSC-nin Keyfiyyət Siyasəti Cəmiyyət daxilində işçilər arasında tətbiq olunur, həmçinin müvafiq maraqlı tərəflər üçün əlçatanlığı təmin edilir. Hazırki Keyfiyyət Siyasəti məqsədlərin formalaşdırılmasının əsasını təşkil edir və Cəmiyyətin inkişaf strategiyası ilə uyğunlaşdırılır.


Keyfiyyət siyasəti rəhbərliyin illik təhlil iclasında nəzərdən keçirilir.