Zəng
sifarişi
KEYFİYYƏT SİYASƏTİ
"Konnekt" QSC-nin rəhbərliyi Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqi, bu sistem üzrə məqsədlərin əhəmiyyəti və onlara nail olmağın vacibliyini vurğulamaq üçün keyfiyyət siyasətini təsdiq edir və dəstəkləyir.
"Konnekt" QSC Azərbaycan Respublikasının Qanunvericiliyinin və ISO 9001-2015 Beynəlxalq Standartın tələblərinə əsasən keyfiyyəti idarəetmə sisteminin qurulmasını təmin edir.
"Konnekt" QSC keyfiyyəti idarəetmə sisteminə uyğun aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
Effektiv idarəçilik və dəstək ilə hər bir işçiyə Keyfiyyət Siyasətinin əhəmiyyəti, onun effektivliyinə töhfə vermək məsuliyyəti və Cəmiyyətin uğuru ilə birbaşa əlaqəsi düzgün izah edilir.
“Konnekt” QSC-nin Keyfiyyət Siyasəti Cəmiyyət daxilində işçilər arasında tətbiq olunur, həmçinin müvafiq maraqlı tərəflər üçün əlçatanlığı təmin edilir. Hazırki Keyfiyyət Siyasəti məqsədlərin formalaşdırılmasının əsasını təşkil edir və Cəmiyyətin inkişaf strategiyası ilə uyğunlaşdırılır.
Keyfiyyət siyasəti rəhbərliyin illik təhlil iclasında nəzərdən keçirilir.